BTS ulduzu saçını kəsdirmək məcburiyyətində qaldı - FOTO

14-12-2022, 11:44           
BTS ulduzu saçını kəsdirmək məcburiyyətində qaldı - FOTO
Məşhur BTS qrupunun üzvü Cin (Kim Sok-Cin) Koreya ordusuna yazılıb.

K-pop ulduzu artıq saçını da kəsdirib. O, sosial şəbəkə hesabından bununla bağlı şəklini paylaşıb.

Qeyd edək ki, Koreyada yaşı 28-dən aşağı olan bütün əməkqabiliyyətli kişilər hərbi xidmətə cəlb olunurlar. Qaydalara əsasən, bəzi şəxslər “Koreyanın beynəlxalq əməkdaşlığının gücləndirilməsinə” töhfələrinə görə 30 yaşa qədər hərbi xidmətə çağırışdan möhlət ala bilərlər. Bununla belə, Cin möhlətini ləğv etdirib və orduya üzv olmaq qərarına gəlib.

Cinin 2024-cü il iyunun 12-dək hərbi xidmətdə olacağı vurğulanıb.

Xatırladaq ki, bu ilin iyun ayında qrup yaradıcılıq fasiləsi götürdüyünü açıqlayıb. Müğənnilər bunu solo layihələrlə məşğul olmaq qərarı ilə izah ediblər. Ancaq belə görünür ki, yaradıcılıq pauzasının başqa bir səbəbi də qrupun bütün üzvlərinin hərbi xidmətə cəlb olunması olub.



Mənbə: Daily Mail












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.