"Boşanarkən gündə 5 dəfə müalicə alırdım" - Adelin şok etirafı

14-12-2022, 12:18           
"Boşanarkən gündə 5 dəfə müalicə alırdım" - Adelin şok etirafı
Dünya şöhrətli müğənni Adel maraqlı açıqlamaları ilə diqqət çəkib.

Las-Veqas şouları zamanı canlı ifa etməkdən qorxduğu üçün terapiya almağa başladığını deyən Adelin digər etirafı keçmiş həyat yoldaşı barədə olub.

Teleqraf.com xarici KİV- ə istinadən xəbər verir ki, müğənni keçmiş həyat yoldaşından boşanarkən gündə beş dəfə müalicə aldığını bildirib.

Adel oğlunun atası Simon Koneckinlə 2019-cu ildə boşanıb.

Müğənninin digər etirafı isə təəccüb doğurub. Müğənni bildirib ki, böyük tədbirlərdə çıxış etmək onu “qorxudur” və bu barədə mütəmadi olaraq terapevti ilə danışır.

“Mən musiqi ifa etməyi evirəm, amma canlı ifada məni qorxudan və dəhşətə gətirən bir şey var. Sonuncu dəfə canlı turneyə çıxanda bunu bacardığımı sübut etmək üçün cəsarətlənmişdim. Mən böyük turne sənətçisi deyiləm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru