Koronavirus peyvəndi məşhur müğənninin həyatını alt-üst etdi

18-12-2022, 13:23           
Koronavirus peyvəndi məşhur müğənninin həyatını alt-üst etdi
Məşhur müğənni Ece Seçkin türkiyəli professor, “BioNTech”in baş direktoru Uğur Şahinin "Üç doza peyvənd yetərli deyil" çağırışlarına etiraz edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, tanınmış sənətçi peyvəndin sağlamlığında ciddi fəsadlara yol açdığını deyib.

Hazırda müalicə alan müğənni heç bir halda peyvənd olunmayacağını deyərək insanları da bu fikrindən döndərməyə çalışıb:

"Bir daha o yalanları yeməyəcəyik. Kovid peyvəndinin 2-ci dozasından sonra həyatımın necə qaraldığını müalicəm bitdikdən sonra danışacağam. Ətrafımdakı insanlara peyvənd təzyiqi etdiyim üçün vicdan əzabı çəkirəm. Peyvənd olmadığı üçün cahillikdə ittiham olunan hər kəsdən üzr istəyirəm”.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru