Ayağına basdığını bəhanə edib musiqiçini ölümcül döydülər
19-12-2022, 07:29
Ayağına basdığını bəhanə edib musiqiçini ölümcül döydülər
Türkiyənin "Piiz" qrupunun üzvü Mehmet Dudarık tanımadığı şəxs tərəfindən hücuma məruz qalıb.
Paralel.az xəbər verir ki, qrupun Ankarada baş tutan konsertindən sonra o, tanımadığı şəxs tərəfindən ayağına basdığı iddia edilərək döyülüb. Mehmet telefonla danışarkən şəxs arxadan yaxınlaşaraq ona hücum edib. Başından aldığı çoxsaylı zərbələr səbəbindən xəstəxanaya aparılan nağaraçının vəziyyətinin ağır olduğu, reanimasiya yerləşdirildiyi bildirilib.
Hadisəni törədən şəxs isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.