“Atabəy”in müəllifi bütün sazişləri ləğv etdi

19-12-2022, 12:15           
“Atabəy”in müəllifi bütün sazişləri ləğv etdi
İran kinosunun tanınmış azərbaycanlı aktrisası və rejissoru Niki Kərimi hər iki sahə üzrə fəaliyyəti ilə bağlı bütün müqavilələrini ləğv edib.

Kult.az xəbər verir ki, o, bu barədə Tvitter hesabında yazıb.

Aktrisa “Qadın, Həyat, Azadlıq” afişasını və “Edam etmə” həştəqini paylaşaraq, neçə aydır İranda davam edən repressiyalara etiraz edib.

O, ümumxalq etirazlarını dəstəkləyərək, “Bəsdir... yorulduq, bezdik” yazıb.

Qeyd edək ki, Tehranda yaşayan Niki Kərimi Mərkəzi əyalətin Təfreş şəhərinin Xələc türklərindəndir. O, Azərbaycan türkcəsində çəkdiyi "Atabəy" filminə görə Güney azərbaycanlılar arasında ən çox sevilən aktrisa və rejissorlardan birinə çevrilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.