Adriana Lima TANINMAZ HALDA - FOTO

21-12-2022, 10:26           
Adriana Lima TANINMAZ HALDA - FOTO
Üçüncü dəfə ana olan dünya şöhrətli model Adriana Lima tanınmaz hala düşüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hamiləliyi boyu qarnı açıq paltarlarda gəzən podium ulduzunun uzun müddət görünməsinin səbəbi məlum olub. Bildirilir ki, sevgilisi Andre Lemmersdən oğlu olan Adriana doğuşdan sonra artıq çəkilərini ata bilməyib.

Əvvəlki çəkisinə qayıtmasa da, braziliyalı gözəl keçən həftə "Qatar Fashion United by CR Runway" şousunda iştirak edib. Şou 2022 FIFA Dünya Çempionatı çərçivəsində Qətərdə keçirilib. Adriana Limanın şouda çəkilən fotoları internetdə böyük müzakirələrə səbəb olub. Adriana Lima podiuma qapalı ağ libasda və minimum makiyajda çıxıb, saçları isə arxaya toplayıb. İstənilən halda artıq çəkiləri modeli tanınmaz hala salıb. İndiyə qədər o, bu barədə heç bir şərh verməyib.

Yeri gəlmişkən, modelin 41 yaşı tamam olduğu üçün o, modellik karyerasını artıq başa vurmuş hesab olunur.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru