Dünyaya səs salan filmin ikinci hissəsi çəkilir - FOTO

22-12-2022, 12:34           
Dünyaya səs salan filmin ikinci hissəsi çəkilir - FOTO
“Qladiator” pərəstişkarları üçün sevindirici xəbər var. Belə ki, 23 ildən sonra ikinci hissənin çəkilişlərinə başlanılır.

Mənbənin məlumatına görə, davam filmində Hollivud ulduzları Rassel Krou və Xoakin Fenikslə yanaşı, Cimon Honsu, Konni Nilsen də rol alacaqlar. Çəkilişlərin “Mərakeşin Hollivudu” kimi tanınan Varzazat qəsəbəsində başlanılması planlaşdırılır.

Qeyd edək ki, rejissor Ridli Skot hələ 2021-ci ilin noyabrında filmin davamı barədə elan etmişdi.

“Qladiator” filmi 2000-ci ildə nümayiş olunub. 103 milyon dollar büdcəsi olan film 460 milyon dollar gəlir əldə edib və beş nominasiya üzrə “Oskar” mükafatına layiq görülüb.




Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru