Azərbaycanın bu teatrını pivəxanaya döndərdilər — İLGİNC FAKT

27-05-2016, 12:38           

Azərbaycanda analoqu olmayan hadisə baş verib

Ölkə.Az-ın məlumatına görə, bir neçə gün öncə Mingəçevir Dövlət Dram Teatrında pivəxana fəaliyyət göstərməyə başlayıb. Kollektivdən əməkdaşımıza bildiriblər ki, obyekt artıq bir neçə gündür işləyir.

Əldə etdiyimiz digər məlumata görə, direktor Səxavət Məmmədov həmin obyekti aktyor İbrahim Salamovla məhkəmə çəkişmələrində vəkili olmuş Dərgah Mehdiyevin oğluna icarəyə verib.

Bir neçə gün öncə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mingəçevirə səfər edərkən isə pivəxananın fəaliyyəti qısa müddətlik dayandırılıb.

Mövzunu diqqətdə saxlayacağıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru