Talıbovların müğənnilərə xərclədiyi milyonlar – Damla və Türkan qalmaqallı OLAYDAN DANIŞDI

29-12-2022, 17:49           
Talıbovların müğənnilərə xərclədiyi milyonlar –
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğullarının bəzi müğənnilərə milyonlarla pul xərclədikləri ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

Həmin müğənnilərin sırasında Xalq artisti Röya, Damla, Nəfəs, Türkan və digərlərinin adları çəkilir.

TEREF.AZ bildirir ki, sözügedən məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Damla adı ilə şou-biznesdə məşhurlaşan müğənni Məsumə Məmmədova ilə əlaqə saxlayıb.

Sənətçinin prodüseri Şamil İbrahimov bu iddiaların əsassız olduğunu açıqlayıb:

“Damla iyunun 6-sı Naxçıvanın Saat Meydanında konsert proqramı ilə çıxış edib. Adıçəkilən insanların heç üzünü belə görməmişik. Damlanın qonorarı ödənilib, o da gəlib konsert verib. Orada təkcə Damla deyil, bir çox sənətçilər konsert veriblər. Bu xəbərin heç bir əsası yoxdur”.

Sözügedən qalmaqallı olayda adıçəkilən digər müğənni Türkan Vəlizadənin əvəzinə isə onun prodüseri Mikayıl “Bu kimi xəbərləri nə görürük, nə eşidirik, nə də ki oxuyuruq. Yalandır!” qısa cavabını verib.

Qeyd edək ki, Naxçıvanın Saat Meydanında bir sıra müğənnilər konsert proqramı ilə çıxış ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru