Bred Pitt ittiham olundu

31-12-2022, 09:58           
Bred Pitt ittiham olundu
Amerikalı rok müğənni Kortni Lav Bred Pitti ittiham edir.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, aktrisa Pitti Devid Finçerin “Döyüş klubu” filmində rolunu itirməkdə günahlandırıb.

Lav 90-cı illərin sonunda “Döyüş klubu” filmində Marla rolu üçün sınaqdan keçib. Müğənni israr edir ki, onun filmə çəkilmək üçün yaxşı şansı olub, lakin baş rol ifaçısı Bred Pitt kastinqə müdaxilə edib.

Pitt filmin rejissorunu Lavı Marla roluna təsdiqləməkdən çəkindirib, bununla da ondan qisas alıb.

İntiqamın səbəbini isə müğənni belə izah edib: “Pitt məndən keçmiş həyat yoldaşım Kurt Kobeyn haqqında bioqrafik film çəkmək üçün razılıq almaq istəyəndə mən bundan imtina etmişdim. Pitt həmin filmdə “Nirvana” qrupunun aparıcı müğənnisi rolunu oynamağı planlaşdırırmış”.

Qeyd edək ki, sonradan Marla rolunu aktrisa Helena Bonham Karter canlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru