Aktyor 1 milyon TL-lik suala cavab verə bilmədi – Video

1-01-2023, 10:06           
Aktyor 1 milyon TL-lik suala cavab verə bilmədi – Video
Türkiyənin ATV kanalında yayımlanan “Kim milyoner olmaq istəyir?” verilişinin Yeni ilə olan özəl buraxılışının qonağı məşhur aktyor Oktay Kaynarca olub.

Tribunainfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor 1 milyon TL-lik (90 min AZN) suala kimi gəlib.

Lakin o, həmin sualı cavablandıra bilmədiyi üçün 400 min TL (36 min AZN) ilə verilişi tərk edib.

Həmin 1 milyon TL-lik sualı təqdim edirik:

Bu gün istifadə etdiyimiz təqvimə görə, 1582-ci il oktyabrın 4-dən sonra Roma sakinləri üçün hansı gün idi?

A) 5 oktyabr 1582-ci il

B) 15 oktyabr 1582-ci il

C) 5 noyabr 1582-ci il

D) 15 noyabr 1582-ci il

Belə ki, sualın düzgün cavabı B variantı olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru