Rusiyanı tərk edən Alla Puqaçova: “Mən azadam” – VİDEO

3-01-2023, 12:44           
Rusiyanı tərk edən Alla Puqaçova:
Rusiyanı tərk edən müğənni Alla Puqaçovanın videomüraciəti yayılıb.

Teref.az yazır ki, maraqlıdır ki, müvafiq video sənətçinin “Instagram” səhifəsində yox, fan səhifələrində görünüb.

Alla Borisovna bütün tənqidçilərinə xoşbəxtliyin nə olduğunu izah edib.

“Mənim anlayışıma görə, xoşbəxtlik hazırda hiss etdiyimdir. Mən azadam, ailəmlə bir yerdəyəm. Yeni ili məni anlayan, vicdanı, namusu, ləyaqəti olan insanların əhatəsində qarşılayıram”, - primadonna bəyan edib.

Məlumata görə, Puqaçova xaricdəki dostlarından Milad və Yeni il təbrikləri alıb. Cavab olaraq, onlara bu videonu göndərib. Və kimsə görüntüləri sosial şəbəkəyə sızdırıb.

Mənbə: unian.net












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru