Qartəmizləyən maşının altında qalan Hollivud ulduzu xəstəxanadan qorxulu görüntüsünü paylaşdı - FOTO

5-01-2023, 09:49           
Qartəmizləyən maşının altında qalan Hollivud ulduzu xəstəxanadan qorxulu görüntüsünü paylaşdı - FOTO
“Marvel” kainatındakı “Qisasçılar” (“The Avengers”) filmində “Şahingöz” obrazını canlandıran amerikalı aktyor Ceremi Renner xəstəxana çarpayısından fotosunu yayımlayıb.

Oxu.Az-ın məlumatına görə, Hollivud ulduzu pərəstişkarlarının qarşısına üzündən xəsarətlər, sol gözünün altı göyərmiş şəkildə çıxıb.

O, dəstəyə görə hər kəsə təşəkkür edib.

“Xoş sözləriniz üçün hamınıza təşəkkür edirəm. Hazırda yazmaq üçün çox da yaxşı formada deyiləm. Amma hamınıza sevgilər göndərirəm”, - deyə Renner yazıb.

Qısa müddətdə onun paylaşımı dörd milyona yaxın bəyənmə toplayıb. Abunəçilər aktyorun tezliklə sağalmasını arzulayır və bundan sonra da daha diqqətli olmağa çağırıblar.

Renner 2011-ci ildə çəkilmiş “Tor” (“Thor”) filmindən başlayaraq bir neçə “Marvel” layihəsində “Klint Barton/Şahingöz” rolunda çəkilib. Bundan əlavə, aktyor bir çox kommersiya hitlərində, o cümlədən iki dəfə “Missiya: Mümkünsüz” (“Mission: Impossible”), “Gəliş” (“Arrival”), “Amerikalı kələkbaz” (“American Hustle”) və “28 həftə sonra” (“28 Weeks Later”) filmlərində rol alıb.

O, həmçinin iki dəfə “Oskar” mükafatına namizəd olub: “Oğrular şəhəri” (“The Town”) filmindəki ikinci planda roluna görə və “Ölümcül tələ” (“The Hurt Locker”) filmindəki işinə görə “ən yaxşı aktyor” nominasiyasında.

Hazırda o, Taylor Şeridanın “Kinqstaun meri” (“The Mayor of Kingstown”) filmində baş rolda oynayır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru