Ceyms Kemeron açıqlama verdi: “Avatar”ın davamı çəkiləcəkmi?

8-01-2023, 11:46           
Ceyms Kemeron açıqlama verdi:
“Avatar” elmi-fantastik blokbasterinin bir neçə yeni hissəsi çəkilə bilər.

Bu niyyəti barədə amerikalı rejissor Ceyms Kemeron açıqlama verib.

“Kris Uolleslə kim danışır?” şousu zamanı rejissor qeyd edib ki, onun meqabüdcəli sikveli “Avatar: Su Yolu” filminin qonorarı dünya prokatı üzrə 1,5 milyard dolları keçərək 2022-ci ilin ən çox gəlir gətirən filmi olub.

“Görünür, filmin indiki nümayiş göstəriciləri ilə biz yaxın bir neçə gündə xərcləri asanlıqla ödəyəcəyik. Buna görə də mən bu işdən uzaqlaşa bilməyəcəm, digər sikvellərini də çəkməliyəm. Mən qarşıdakı altı və ya yeddi il ərzində nə edəcəyimi artıq bilirəm”, - deyə Kemeron qeyd edib.

O həmçinin vurğulayıb ki, “Disney”in aparıcı mütəxəssisləri ilə “Avatar”ın üç yeni hissəsi üzərində işləmək planını müzakirə etməyi planlaşdırır. Rejissor bildirib ki, üçüncü lentin bəzi səhnələri artıq hazırdır və qarşıda zəhmətli təkmilləşdirmə və post-produksiya prosesi dayanır.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru