Səttar Bəhlulzadənin 650 işi onlayn satışa çıxarılıb - Mədəniyyət Nazirliyinin bundan xəbər varmı?..

9-01-2023, 11:02           
Səttar Bəhlulzadənin 650 işi onlayn satışa çıxarılıb -
Tolğa Oğuz adlı birisi Azərbaycanın məşhur rəssamı Səttar Bəhlulzadənin 650 əsərini onlayn satışa çıxarıb…

PİA.az xəbər verir ki, haqqında heç bir məlumat verilməyən və Türkiyə vətəndaşı olduğu ehtimal olunan Tolğa Oğuz adlı birisi eBay onlayn satış resursunda Azərbaycanın məşhur rəssamı Səttar Bəhlulzadənin 650 sənət əsərini satışa çıxarıb.


Bu məlumatın nə qədər doğru olub-olmadığnı təsdiq edə bilmərik. Lakin satışı çıxarıldığı iddia olunan rəssamın əsərləri Azərbaycanın mədəni sərvəti olduğunu nəzərə alarsaq, Mədəniyyət naziri təcili qaydada bu məsələni araşdırıb ictimaiyyətə açıqlama verməlidir.

Hər şeydən əvvəl əgər doğrudan da Tolğa Oğuz adlı birisinin əlində Səttar Bəhlulzadənin 650 əsəri varsa, bunun necə baş verdiyi araşırılmalı, hər şeydən əvvəl isə həmin əsərlər Azərbaycana qaytarılmalıdır.

Gün ərzində məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən açıqlama almağa çalışacağıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru