“Miss Türkiyə” Ərdoğanı təhqir etdiyinə görə cəzalandırıldı

31-05-2016, 18:41           

Türkiyə məhkəməsi 27 yaşlı türk model Merva Buyuksaracın barəsində 14 aylıq şərti cəza təyin edib.


Virtualaz.org saytı Türkiyə mənbələrinə istinadən xəbər verir ki, məhkəmənin belə bir qərar çıxarmasına səbəb türk modelinin ölkə başçısı R.T.Ərdoğanı təhqir etməsi olub.

Xatırladaq ki, M.Buyuksarac 2006-cı ildə "Miss Türkiyə" gözəllik yarışının qalibi olub. Model 2014-cü ildə “İnstagram” sosial şəbəkəsində satirik statuslar paylaşdığına görə saxlanılıb.

Prokurorluq orqanları modelin fikirlərini təhqiredici hesab ediblər.

Qeyd edək ki, həmin vaxt Türkiyənin baş naziri R.T.Ərdoğan olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru