Riki Martindən zəlzələdən zərərçəkənlərə yardım çağırışı: “Ürəyim parçalanır” - VİDEO

15-02-2023, 11:48           
Riki Martindən zəlzələdən zərərçəkənlərə yardım çağırışı:
Puerto-Rikolu dünya şöhrətli müğənni Riki Martin Kahramanmaraşda baş verən iki güclü zəlzələdən sonra Türkiyə və Suriyada zərər çəkən uşaqlara yardım çağırışı edib.

Bununla bağlı o, özünün “Instagram” hesabından paylaşım edib.


“Bilirsiniz ki, böhranlı vaxtlarda sakit qala bilmirəm. Zəlzələdən sonra Türkiyə və Suriyada gördüyümüz mənzərələr ürəyimi parçalayır”, - deyə o, paylaşdığı videoda deyib.

Musiqiçi olmaqla yanaşı, UNICEF-in xoşməramlı səfiri kimi də fəaliyyət göstərdiyini xatırladan Martin, hazırda zəlzələ bölgələrində vəziyyətin çox ağır olduğunu bildirib.

“Görüntüləri izləyirsiniz. Buna görə də kömək etməliyik”, - deyə ifaçı bildirib və UNICEF-in ianə kampaniyasının linkini paylaşıb.

Qeyd edək ki, latın ölkələrində pop kralı kimi tanınan musiqiçi 1990-cı illərdə çıxardığı albomlarla şöhrət qazanıb, “Grammy”, “Latin Grammy” də daxil olmaqla, çoxsaylı mükafata layiq görülüb.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru