Məşhur “Metallica” qrupu zəlzələ bölgəsinə 250 min dollar ianə etdi - FOTO

16-02-2023, 12:58           
Məşhur “Metallica” qrupu zəlzələ bölgəsinə 250 min dollar ianə etdi - FOTO
Dünyaca məşhur ağır metal qrupu “Metallica” Türkiyə və Suriyanı silkələyən zəlzələlərə biganə qalmayıb və zəlzələ bölgəsinə 250 min dollar ianə edib.

Bu barədə qrupun “Twitter” səhifəsində açıqlama verilib.

“Türkiyənin cənubunda və Suriyanın şimalında baş verən dağıntıları təsvir etməyə söz tapa bilmirik. 7,8 bal gücündə zəlzələ bütün bölgəni dağıntılar altında qoydu. Ölənlərin sayı artmaqda davam edir, faciəvi şəkildə 36 mini keçib...", - deyə paylaşımda qeyd edilib.

Bundan əlavə, qrup “All Within My Hands” xeyriyyə təşkilatı vasitəsilə hər biri 125 000 dollar olmaqla (ümumilikdə 250 min dollar) regionda fəaliyyət göstərən “Direct Relief” və “World Central Kitchen”a xeyriyyə cəmiyyətlərinə ianə etdiyini bildirib.



Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru