"Dakkılı" və Səbuhini KİM şikayət edib? - AÇIQLAMA

22-02-2023, 10:22           
"Dakkılı" və Səbuhini KİM şikayət edib? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, "Dakkılı" ləqəbli sosial şəbəkə fəalı Ziliş Cəfərov və aktyor Səbuhi Xanlarov saxlanılıb.

Teref.az axşam.az-a istinadla xəbər verir ki, onların klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun şikayəti əsasında saxlanıldığı deyilib. Məsələ ilə bağlı açıqlama verən Hüseyn bildirib ki, şikayət etdiyi TikTok istifadəçiləri Səbuhi və "Dakkılı" olmayıb:

"Səbuhi Xanlarov haqqında şikayət etməmişəm. İllərdir bir-birimizi tanıyırıq. Narazıçılığım varsa, zəng edib demişəm ki, söyüş söymək olmaz. Hamının anası, bacısı var. O da deyib, baş üstə. "Daqıllı"nı da mən şikayət etməmişəm. Şikayət etdiyim başqa insanlardır. İnanıram ki, bu tədbirlər davamlı olacaq. Bu, belə olmaz . Bizim xalqımıza yaraşmaz insanları söymək".

Qeyd edək ki, Hüseyn bir müddət əvvəl açıqlama yayaraq hüquq-mühafizə orqanlarına müraciət etmiş, TikTok-da söyüş söyən şəxslərin saxlanılmasını istəmişdi. Müraciət əsasında Səbuhi Xanlarov, Rövşən Süleymanzadə və Ziliş Cəfərov polis orqanına dəvət olunublar. Onlardan Z.Cəfərovun üzərindən narkotik vasitə aşkar olunaraq götürülüb və barəsində Xətai Rayon Polis İdarəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib. Onun barəsində yaxın zamanda qərar çıxarılacağı gözlənilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru