Nigar Camalın avtomobilinə yolda HÜCÜM ETDİLƏR - VİDEO

27-02-2023, 12:24           
Nigar Camalın avtomobilinə yolda HÜCÜM ETDİLƏR - VİDEO
Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci bəxş edən müğənni Nigar Camalın avtomobilinə hücüm olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə müğənni sosial şəbəkə hesabında paylaşım edib.

O, qeyd edib ki, avtomobili ilə yolla hərəkət etdiyi zaman digər nəqliyyat vasitəsinin sürücüsü onun qarşısına keçib.

Daha sonra avtomobildən enən şəxs müğənninin avtomobilinə yaxınlaşaraq, ondan pəncərəni açmağı tələb edib. Nigarın pəncərəni açmadığını görən şəxs onun avtomobilinin yan hissəsinə zərbələr endirib, güzgünü sındırıb. Nigar isə anbaan həmin hadisəni çəkərək sosial şəbəkədə yayımlayıb.

Həmin görüntüləri təqdim edirik:












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.