"Mənimlə görüşmək, öpüşmək olmaz" - Firəngiz Mütəllimova

28-02-2023, 09:14           
"Mənimlə görüşmək, öpüşmək olmaz" - Firəngiz Mütəllimova
Xalq artisti Firəngiz Mütəllimova sənət dostları ilə görüşmür.
Teref.Az xəbər verir ki, buna səbəb aktrisanın virusdan qorunmağa çalışmasıdır. Belə ki, F.Mütəllimova bir neçə gün əvvəl dünyasını dəyişən Xalq artisti Ramiz Novruzun yas mərasimində Axşam.az obyektivinə tuş gəlib.

Aktrisa onunla görüşməyə çalışan tanıdıqlarına qadağa qoyub. "Bilmirsiniz ki, virus var. Görüşmək, öpüşmək olmaz" deyə, F.Mütəllimova söyləyib.

Aktrisa həmçinin mərasimə maska taxaraq qatılıb.

Qeyd edək ki, Mütəllimova bir neçə il əvvəl beyin əməliyyatı keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru