Adelin nişan üzüyünün qiyməti bəlli oldu – FOTO

1-03-2023, 11:24           
Adelin nişan üzüyünün qiyməti bəlli oldu – FOTO
Qiymətli daşların tərkibini və xassələrini öyrənən, həmçinin onların həqiqiliyini yoxlayan mütəxəssis Aleksandra Miçell britaniyalı müğənni Adelin nişan üzüyünün dəyərini açıqlayıb.

O, zinət əşyasının təxmini qiymətinin 500 min funt sterlinqdən (təxminən 1 milyon manat) baha olduğunu bildirib.

“Adelin üzüyünün mərkəzində səkkiz karat ağırlığında armudvari brilyant var. Bundan əlavə, üzük nibətən kiçik yuvarlaq brilyantlarla bəzədilib. Bu isə o deməkdir ki, üzüyün qiyməti asanlıqla yarım milyon funt-sterlinqi keçir”, - ekspert izah edib.

Məşhurun ​​evlilik təklifini idman agenti Riç Poldan aldığı bildirilir. Cütlüyün münasibətləri hələ 2021-ci ilin iyulunda məlum olub.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru