Turan "Space"də son efirində açıqladı - Rövşanə gəldi, Ayşə getdi

1-03-2023, 10:59           
Turan "Space"də son efirində açıqladı -
Space TV-də növbəti ayrılıq yaşanıb.

TEREF.AZ Ölkə.Az-a istinadla xəbər verir ki, bu dəfə də aparıcı və televiziya rəhbərinin köməkçisi Ayşə İsazadə telekanaldan ayrılıb.
A.İsazadə yeni rəhbərlik tərəfindən ona televiziyada qalıb işləmək təklif edilsə də, ayrılmağa qərar verdiyini bildirib.

Televizyadakı digər bir dəyişiklik isə kanaldan ayrılan Turan İbrahimovun yerinə aparıcı Rövşənə Ağasəfqızının təyin olunmasıdır.

T.İbrahimov son efirində tamaşaçılarla sağollaşaraq onları məlumatlandırıb.

Xatırladaq ki, fevralın 7-də Space Müstəqil Teleradio Şirkətinin direktoru Müşfiq Hətəmov vəzifəsindən uzaqlaşdırılıb və onun yerinə “Parni iz Baku” KVN komandasının aktyoru Vado Karovin təyin olunub.
V.Karovin vəzifəyə başladıqdan sonra "Hər Gün" xəbərlər xidmətinin müdiri Elman Gədiklini vəzifəsindən azad edərək onun yerinə tanınmış xəbər aparıcısı Elman Bakuvini təyin edib.
Bundan əlavə, televiziyadan ayrılanlar arasında tanınmış jurnalist ve televiziya aparıcısı Kamil Eldaroğlu (Balakişiyev) və TV-nin bədii rəhbəri, rejissor İman Məcidov, “Elin sözü” layihəsinin aparıcısı Elçin Əlibəyli də var.

Bir neçə gün əvvəl Space TV-dəki işindən ayrılacağını elan edən T.İbrahimov bunu kanal yeni yayım formatına keçməsi, əsasən yumora üstünlük veriləcəyi ilə əsaslandırmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru