Məşhur aktyor film çəkilişi zamanı ölüm təhlükəsindən danışdı: “Məni az qala boğurdular” - FOTO

2-03-2023, 08:48           
Məşhur aktyor film çəkilişi zamanı ölüm təhlükəsindən danışdı: “Məni az qala boğurdular” - FOTO
“Mən tərpənə və danışa bilmirdim…”

Məşhur amerikalı aktyor Brendan Freyzer “Mumiya” filminin çəkilişləri zamanı baş vermiş xoşagəlməz hadisəni xatırlayıb.

Freyzer bu barədə “The Kelly Clarkson Show”da çıxışı zamanı danışıb.

Aktyor bildirib ki, çəkilişlərdən birində ölüm təhlükəsi yaşayıb.

“Məni yanlışlıqla az qala boğurdular. Orada asılma səhnəsi var idi. Kamera mənə tərəf çevrildi və mən ayaq barmaqlarım üzərinə qalxdım. Üzərimdəki kəndiri tutan oğlan onu bir az da yuxarı çəkdi. Bundan sonra mən yerimdən tərpənə bilmədim, həmçinin danışa da bilmədim. Lakin çəkiliş qrupu vaxtında müdaxilə edə bildi”, - deyə o, başına gələnləri nəql edib.

Sənətçinin sözlərinə görə, həmin an sükut çöküb, koordinator isə onu özünə gətirməyə çalışıb.

“Təbrik edirəm, siz klubdasınız - eyni hadisə “Cəsur ürək” filmində Mel Gibsonun da başına gəlmişdi”, - deyə koordinator Freyzeri sakitləşdirməyə cəhd edib.





Mənbə: Gazeta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.