Vaqif Aydınoğlu boşanma xəbəri barədə: "Başqa sualınız yoxdursa..."

7-06-2016, 17:36           

ATV kanalının Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu boşanma xəbərinin yayılmasından narahatdır.


BiG.AZ-ın əməkdaşı ilə danışan Vaqif Aydınoğlu bu məsələnin şəxsi olduğunu və bu barədə danışmaq istəmədiyini bildirib.

"Bu barədə danışmaq istəmirəm. Başqa sualınız yoxdursa, sağ olun".

Qeyd edək ki, ötən gün mediada ATV-nin sevilən cütlüyü , Vaqif Aydınoğlu ilə xanımı, keçmiş xəbər aparıcısı Samirə Mustafayevanın boşanması haqda xəbər dərc edilib. Cütlüyün ayrı-ayrı evlərdə yaşadığı da qeyd olunub.

Cütlüyün Nuray adlı bir qız övladı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru