Əli Mirəliyev Canəli Əkbərovun cavabını verdi: "Yanan odun üzərinə neft də töküb"

16-06-2016, 10:00           

Müğənni Əli Mirəliyevin "sənət adamları 70 yaşdan sonra saçlarına ""kraska" qoyur" ifadəsindən qəzəblənən və həmkarını acılayan xalq artisti, xanəndə Canəli Əkbərov da cavabsız qalmayıb.

teref.az bildirir ki, publika.az-a danışan Əli Mirəliyev xanəndənin açıqlamasını gülüşlə qarşılayıb və nahaq əsəbiləşdiyini deyib: "O, hətta cavabı ilə yanan odun üzərinə neft də töküb. Canəli müəllim mənim dostumdur, özü də sənətə dünən gəlməyib, 80 yaşı var, sənətdə saç ağardıb. Amma mənim sözlərimdən də nahaq inciyir. O saçlarının rəngini dəqiq tapıb, bozla-qara boyanın qarışığından istifadə edir. Ona da bu rəng çox yarışır, təbii görünür. Amma bunu gizlədir".

Xatırladaq ki, C.Əkbərov Əli Mirəliyevin ünvanına bunları demişdi: "Mirəliyevdir, Şirəliyevdir, kimdir bilmirəm, ona demək istəyirəm ki, öz işi ilə məşğul olsun. Kim saçını boyadı, kim boyamadı, bu, onun şəxsi işidir. Başqasının şəxsi işinə burun soxmaq lazım deyil. Baş mənim, saç mənim, özüm bilərəm, boya qoyaram, ya öz rəngində saxlayaram. Belə mənasız söz-söhbətlərlə gündəmə gəlmək lazım deyil".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.