İlhamə Quliyevanın evindən oğurluq edilib

16-06-2016, 16:40           

Mərhum Xalq artisti İlhamə Quliyevanın evindən oğurluq olub.

teref.az Lent.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Xalq artistinin bacısı Gülbahar Quliyeva deyib. O bildirib ki, artıq bu hadisəylə bağlı Baş Prokurorluğa və Bakı şəhər Prokurorluğuna müraciət olunub:

“İlhamə Quliyeva dünyasını dəyişəndən sonra evdən bir çox əşyalar itdi. Baş Prokurorluğa və Bakı şəhər Prokurorluğuna müraciət etdim. Amma hələ bir cavab yoxdur. Evdən bir çox şeylər yoxa çıxıb. Nələrin itdiyini isə bir-bir açıqlamaq istəmirəm. Söhbət onun mirasından getmir. Biz gözləməmişik ki, İlhamə xanım ölsün, malı-mülki bizə qalsın. Amma bu oğurluğun, pisliyin üstü açılmalıdır”.

İ.Quliyevanın bacısı “bu oğurluğa görə kimdən şübhələnirsiniz?”, - sualına isə bu cür cavab verib:

“Mən indi heç kəsin adını çəkmək istəmirəm. İlhamə xanımın evindən oğurluq edənləri gözümlə görüb, əlimlə tutmamışam. Prokurorluq, müstəntiq və dövlətimiz var. İş gedir. Qoy bütün bu işləri onlar müəyyən etsinlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru