Məşhur rejissor xəstəxanalıq oldu

3-06-2023, 18:20           
Məşhur rejissor xəstəxanalıq oldu
Rusiyalı məşhur rejissor Nikita Mixalkovun səhhəti yenidən pisləşib
Teref.az axşam.az-a istinadən xəbər verir ki, rejissor yenidən Moskvadakı xəstəxanaların birinə yerləşdirilib. Ona ürəyin işində fasilələr və nəfəs darlığı diaqnozu qoyulub.
Hazırda Nikita mürəkkəb ürək aritmiyalarının cərrahi müalicəsi şöbəsindədir.
Qeyd edək ki, rejissor ilin əvvəlində koronavirus testi müsbət çıxmışdı. Kompüter tomoqrafiyasından keçdikdən sonra ona ağciyərlərinin zədələnmiş nahiyələrinin böyüməsi diaqnozu qoyulmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru