Almaz Ələsgərli: "O, yaşadığım üzüntülərin, problemlərin səbəbi olub"

7-07-2016, 09:21           

Əməkdar artist Almaz Ələsgərli Milli.Az-a pozitivliyindən danışıb. O, ürəyində bəzən kövrək hisslərin də yer aldığını bildirib:

"Əlbəttə, hər bir normal insanın daxilində kövrək hisslər yaşayır. Təbiətcə saf olduğum üçün insanlara çox tez inanıram. Bu xasiyyətim isə yaşadığım bir çox üzüntülərin, problemlərin səbəbi olub. Lakin yaşa dolduqca bu xasiyyətimi tərgitmək istəyirəm, təəssüf ki, alınmır. Eybi yoxdur, qoy mən yaxşılıq edim, mənə qarşı pislik edilsin. Biz sənət adamları mənfi xüsusiyyətlərimizi tamaşaçıya hiss etdirməməyə çalışmalıyıq. Çünki bütün diqqət bizdə olur. Bizim problemlərimiz, daxili təlatümlərimiz tamaşaçıya sirayət etməməlidir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru