"Homoseksual olduğumu gizlətmirdim"

7-07-2016, 22:20           
"Homoseksual olduğumu gizlətmirdim"
ABŞ-lı yazar, musiqiçi və müğənni Barri Manilou son dəfə səhnəyə çıxıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 42 il əvvəl təqdim etdiyi "Mandy" adlı mahnısı ilə tanınan Manilou vida konsertindən sonra maraqlı etiraf edib. O, ailəsi və evliliyi haqda danışıb. Hazırda meneceri və həmcinsi Qarri Kief ilə yaşayan müğənni onunla evlənməsinin insanları təəccübləndirdiyini deyib:

"Homoseksual olduğumu gizlətmirdim. Sadəcə məşhurluqla bağlı problemlərim çoxalmasın deyə, şəxsi həyatımı gizli saxlayırdım. Hər şeyi insanlarla paylaşmaq istəmirdim. Fanatlarıma sevgimi musiqimi paylaşmaqla cavab verdim və bu, kifayətdir. Amma evimə gedib qapıları bağladığım zaman şəxsi həyatım başlayır".

Manlou karyerasının başlanğıcında 2-3 aylıq evliliyini belə şərh edib:

"O zaman fərqli idi. İnsanlar homoseksuallara qarşı o qədər açıq deyildi. Ona görə bir qadınla evlənmişdim. Təbii ki, davam edə bilməzdi".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru