Bilal Əliyev milyonlardan imtina etdi

8-07-2016, 12:35           
Bilal Əliyev milyonlardan imtina etdi
“Bundan sonra heç bir toyda oxumayacağam”.

Bu sözləri AzNews.az-a açıqlamasında Xalq artisti Bilal Əliyev deyib.

Bu günə kimi toylarda 1 milyon manata oxuduğunu deyən müğənni yeni qərarlar aldığını açıqlayıb: “Mənə toylarda oxumaq üçün çoxsaylı dəvət gəlir, amma heç birini qəbul etmirəm. Toylara getməyəcəyəm. Bundan sonra ancaq konsertlərdə oxuyacağam. Gözəl mahnılarım var, onların hamısını xarici dilə tərcümə etdirmişəm. Dünyada tanınan ölkələrin də bir neçə musiqisini hazırlamışıq. Özümü başqa istiqamətdə sınayacağam”.

B.Əliyev qeyd edib ki, bu təklif ona dostlarından gəlib: “Onlar mənə məsləhət elədilər ki, sən bu musiqini ifa eləsən bütün dünyada məşhurlaşarsan. Müxtəlif dövlətlərdən konsert dəvətləri gələr. Deyirlər ki, xarici ölkələrdə çox yüksək qonarar verirlər. Mənə elə gəlir ki, sənətkar üçün bundan gözəl inkişaf ola bilməz. Mənim bir məqsədim var, Azərbaycanı təbliğ etmək”.

Sənətçi hazırda ingilis-dilini oyrəndiyini deyib: “Bu dili öyrənməkdə məqsədim səhnədə tamaşaçı ilə ünsiyyət qurmaqdır. Məncə səhnə adamı dil bilməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru