Natavandan həmkarlarına: "Çoxüzlü, saxtakar, aferist..."

9-07-2016, 14:48           
Natavandan həmkarlarına: "Çoxüzlü, saxtakar, aferist..."
"Şou-binzesdən, buradakı insanlardan elə bezmişəm ki... Çoxüzlü, saxtakar, aferist... Kim özünə hörmət edirsə, mən də ona hörmətlə yanaşıram".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Natavan Həbibi "Star life" verilişində deyib.

Sənətçi yeni çıxan və iddialı danışan sənətçiləri ələ salıb:

"Gündə bir verilişə yenisi çıxır ki, "Mən gəlirəm". Sən hara, kimə gəlirsən? İnsanlar bizə baxıb deyirlər ki, bunlar dəlixanadadırlar. Necə deyə bilərsən ki, "Mən gəlirəm, çəkilin". Səni götürüb, paket edib, gəldiyin yerə göndərərik. Oxumağa, qulluq etməyə gəlirsiniz də, kimi vurub-yıxacaqsınız? Sən də oxuyanda, kiminsə ürəyi gedəcək? Belələrinə görə camaat da bizi pisləyir".

N.Həbibi özünü "Azərbaycanın Rihannası, Beyonsu" adlandıran həmkarlarına ismarış göndərib:

"Özünə "Azərbaycanın filankəsi" deyənləri eşidəndə ət tökürəm. Bu cür bənzətmələrə pis baxıram. Özün ol, sən o deyilsən, oynayırsan. Heç kimə belə görünməyi məsləhət bilmirəm. Gedir başqa ölkəyə, bunu təqdim edirlər, "Azərbaycanın filankəsi". Özün ol da, "çuşkarski" görünürsən".

Müğənni hər zaman öz zövqü ilə geyindiyini bildirib:

"Heç kimin fikri ilə oturub-duran deyiləm. Özümə nə yaraşdırıramsa, onu da geyinirəm, edirəm".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.