Elzadan Tahir Süleymanova :”Ad günü hədiyyəsi bu olar ki, halal yerimi qaytarsın”- (ÖZƏL)

9-07-2016, 18:34           

“Ad günümdə qızımla kürəkənim paltar, oğlumla gəlinim isə ayaqqabı hədiyyə etmişdi. Həmin hədiyyələri isə dünən “Azərbaycanın Səsi” layihəsində geyinmişdim”.
Bu haqda Gununsesi.info-ya Əməkdar artist, məşhur bəstəkar-müğənni Elza Seyidcahan özü deyib. Doğum günü təəssüratlarını bölüşən E.Seyidcahan bir çox dostundan ona simvolik hədiyyər edildiyini də vurğulayıb.”Yaxın bir dostum mənə ad günüm üçün bahalı üzük bağışlayıb. Bu özəl günümdə məni yada salan hər kəsə təşəkkür edirəm” – deyən xanım bəstəkar Gununsesi.info-nun “Ad gününüzdə seçkilərdə rəqibiniz olmuş millət vəkili Tahir Süleymanovdan hədiyyə gələrdisə qəbul edərdinizmi və onunla barışardınızmı” sualını belə cavablandırıb: “ Tahir Süleymanovla küsülü deyiləm ki… Yaşlı adamdır, mənim onunla nə işim var? Hədiyyə barəsində isə bir söz deyə bilmərəm. Doğum günü hədiyyəsi olaraq, Tahir Süleymanovdan yalnız bir hədiyyəni qəbul edərdim – öz yerimi mənə qaytarsın. Məndən aldığını geri versin. Bu, mənim üçün hədiyyə yox, halal malım olar. Necə deyərlər, Tahir Süleymanov haqqa gəlsəydi, sevinərdim”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru