Məşhur model narkotik alüdəçisi olduğunu etiraf etdi

22-09-2023, 09:54           
Məşhur model narkotik alüdəçisi olduğunu etiraf etdi
Supermodel Naomi Kempbell karyerasının zirvəsində spirtli içki və narkotikdən sui-istifadə etdiyini etiraf edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Page Six” yazır.

“Apple TV+” sənədli filmində “Supermodellər”də Naomi Kempbell uşaqlıq travmasının və yaxın dostu, dizayner Canni Versaçenin itkisinin öhdəsindən gəlmək üçün kokainə müraciət etdiyini etiraf edib.
“Uşaqlığımla bağlı çoxlu problemlərim var. Kədərimi unutmaq üçün kokaindən istifadə etməyə başladım. Fikirləşdim ki, “ah, bu yara sağalacaq”. Amma bu doğru deyil. Asılılıq daha da qorxu və narahatlığa səbəb ola bilər”, deyə model bildirib.
Kempbell bildirib ki, 5 il asılılıqla ilə mübarizə aparıb və hətta 1999-cu ildə fotosessiya zamanı huşunu itirib. Bu hadisədən sonra o, reabilitasiya mərkəzinə getməli olduğuna qərar verib:
“Mən reabilitasiya kursu keçməyə qərar verdim. Bu, o dövrdə ən yaxşı və yeganə həll yolu idi. Bunun öhdəsindən gəlmək üçün mənə uzun illər lazım oldu. Və yenə də bəzən gündəmə gəlir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru