Əfsanəvi britaniyalı aktyor Maykl Keyn böyük kinodan ayrılır.
Teref.az Kult.az-a istinadən xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.
"Artıq 90 yaşım var və normal yeriyə bilmirəm. Buna görə də təqaüdə çıxıram", - o bildirib.
Bu il Keynin baş rolda oynadığı "Böyük Qaçaq" komediyası ekranlara çıxacaq. Film qocalar evindən qaçan və yoldaşlarını yad etmək üçün Fransaya gedən İkinci Dünya müharibəsi veteranı haqqındadır.