Tolikin verlişi bu səbəbdən dayandırıldı – FOTO

25-09-2023, 15:08           
Tolikin verlişi bu səbəbdən dayandırıldı – FOTO
Aparıcılığını Tarix Əliyevin (Tolik) etdiyi “Tarixin bir günü” proqramının yayımı dayandırılıb.

Editor.az axşam.az-a istinadən bildirir ki, bu haqda Tolik özü məlumat yayıb. O bildirib ki, proqram bir həftə efirə getməyəcək. T.Əliyev bildirib ki, buna səbəb Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinə qarşı aparılan lokal xarakterli antiterror tədbirlərində şəhid verməsidir.

“Qarabağda baş verən qələbə xəbərlərinə görə sevinsək də, şəhid xəbərlərinə göz yaşı axıdırıq. Bu səbəbdən layihə rəhbəri və aparıcısı olduğum “Tarixin bir günü” verilişi bir həftə yayımlanmayacaq” deyə, Tolik bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru