AzTV-nin solisti “Bolt"un sürücüsü ilə söhbətini gizli kameraya ÇƏKDİ - VİDEO

26-09-2023, 10:58           
AzTV-nin solisti “Bolt"un sürücüsü ilə söhbətini gizli kameraya ÇƏKDİ - VİDEO
Azərbaycan Televiziyasının solisti, “Böyük səhnə” mahnı müsabiqəsinin qalibi, müğənni Emiliya Yaqubova paylaşımı ilə gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, Londondan Bakıya gələn sənətçi şəxsi avtomobilini “Bolt” taksi xidmətinə dəyişib.

Taksi sürücüsü ilə ünsiyyətini gizli olaraq kameraya çəkən Emiliya həmin anları sosial şəbəkə hesabında paylaşıb.

Görüntülərdə taksi sürücüsü başına gələn maraqlı əhvalatı müğənni ilə bölüşüb. Sürücü bildirib ki, 20 il əvvəl varlı ailədən olan ingilis bır qıza yardım etdiyinə görə, qarşı tərəf ona viza düzəldib. Lakin sürücü bu şansını dəyərləndirməyib və Rusiyaya gedib. İndi isə taksi sürücüsünün ən böyük arzusu Britaniyanın Mançester şəhərinə getməkdir”.

Həmin görüntüləri təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru