Mehriban Xanlarovanı intim fotolarıyla şantaj etdiyi deyilәn müğәnni danışdı — FOTO
11-07-2016, 21:27
Akademik Milli Dram Teatrının tanınmış aktrisası, әmәkdar artist Mehriban Xanlarovanın әtrafında söz-söhbәt sәngimәk bilmir. Mәtbuatın yazdığına görә, "Dünya TV"¬dә Xanlarova ilә birlikdә "Sirriniz qalmasın" verilişini aparan "Azәr Meqastar" kimi tanınan Azәr Xudiyev onu intim fotolarıyla şantaj edir. Azәr Xudiyev mәsәlәylә bağlı Ölkә.Az¬a açıqlama verib. Yazılanların hәqiqәti әks etdirmәdiyini bildirәn aparıcı, atasının vәfatı sәbәbindәn efirә çıxmadığını söylәyib: "Yazılanların heç bir әsası yoxdur vә bununla bağlı mәhkәmәyә müraciәt edilәcәk. Mәgәr mәn o qәdәr qürursuz insanam ki, hәmkarımı şantaj edim? Guya bizim aramızda intim fotolar varmış. Tamamilә yalandır vә bu xәbәri yayan bütün saytları mәhkәmәyә verәcәyәm. Atam bir neçә gündür ki, vәfat edib, ona görә dә efirә çıxmıram. Mehriban xanım atamın yas mәrasimindә iştirak edib. Guya Dünya tv ilә әlaqә saxlayıblar vә onlar da deyib ki, mәn foto mәsәlәsinә görә efirә çıxmıram. O veriliş mәnimdir vә Mehriban xanım qonağımdır, dәvәtimlә gәlib. Heç kim mәni öz verilişimdәn uzaqlaşdıra bilmәz. Düşünürәm ki, bu tәk saytın işi deyil. Güman edirәm ki, burada müğәnni Kәrimin dә barmağı var. Çünki Mehriban xanım Binәqәdi Mәhkәmәsindә Kәrimә qalib gәlib vә min manat udub. Bәlkә onun da işi ola bilәr. Әgәr belәdirsә, Allahı bilsin, özlәri bilsin. Belә reklamı bәlkә o istәyir, amma mәn istәmirәm