Mehmet Ali Erbil altıncı dəfə ailə qurur: Özündən 40 yaş kiçik sevgilisinə evlilik təklifi etdi - FOTO

29-09-2023, 13:34           
Mehmet Ali Erbil altıncı dəfə ailə qurur:
Məşhur türkiyəli şoumen Mehmet Ali Erbil özündən 40 yaş kiçik sevgilisi Gülseren Ceylana evlilik təklifi edib.

Bu, Mehmet Ali Erbilin 6-cı evliliyi olacaq.

66 yaşlı şoumen 5 aydır birlikdə olduğu sevgilisindən çox sayda insan içində onunla evlənməsini istəyib. Gülseren Ceylan bu sevincini “Instagram” hesabında paylaşıb.

Bir müddət əvvəl isə Mehmet Ali Erbil sevgilisinin doğum günü ilə bağlı paylaşım edib. “Doğum günün mübarək, sevgilim. Yaxşı ki, mənimsən. Yerin sonsuza qədər mənim yanım olsun. Səni sevirəm”, - deyə Erbil Gülseren Ceylanı təbrik edib.






Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru