"Nailə Mirməmmədli ilə Samir mənə qarşı qruplaşma yaradıb" - Elza

12-07-2016, 13:02           
"Nailə Mirməmmədli ilə Samir mənə qarşı qruplaşma yaradıb" - Elza
Əməkdar artist Elza Seyidcahan “Azərbaycanın səsi” yarışmasındakı münsiflərdən şikayətlənib.

Axşam.az-ın məlumatına görə, müğənni “ATV maqazin onlarla” verilişində bəstəkar Nailə Mirməmmədli və xalq artisti Samir Cəfərovun ona qarşı qruplaşma yaratdığını deyib:

“Nailə ilə Samirdə mənə qarşı qruplaşma var. Üzə vurmaslar da, daxillərində olduğunu hiss edirəm. Nailə xanım, açıq-açıq hamını tərifləyir ki, sən ürəksən. Bizim ürəyimiz yoxdur? Daş deyilik ki... Ürəyimiz də, böyrəyimiz də, ciyərimiz də var”.

N.Mirməmmədli isə E.Seyidcahanın bu iddiasını qəbul etməyib. Bəstəkar “Qruplaşmaya inanmayın. Sənətə qapılanda belə hallar olur, tərifləyirik” deyə, cavab verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru