Timsahın “Ulduz müharibələri”nin mahnısı altında marşı hər kəsi güldürdü - VİDEO

24-10-2023, 14:28           
Timsahın “Ulduz müharibələri”nin mahnısı altında marşı hər kəsi güldürdü - VİDEO
Florida (ABŞ) zooparkından olan timsah “Ulduz müharibələri”ndə “İmperator Marşı”nın ritminə uyğun yeriməyi öyrənib. Darth Gator adlı bir alliqatorun iştirakı ilə çəkilmiş video franşizanın pərəstişkarları və aktyor Mark Hemill tərəfindən maraqla qarşılanıb.

Kadrlarda görünür ki, “Alliqator əhlilləşdiricisi” teleşousunun iştirakçısı Pol Bedard volyerə daxil olur və smartfonunda “İmperator marşı”nı qoşur.

“Bilmək istəyirəm ki, hovuzun digər ucunda olan Dart musiqini eşidə və “İmperator marşı”na reaksiya verəcəkmi?”, - deyə o bildirir.
Bir neçə saniyədən sonra onlarla timsahdan biri yavaş-yavaş sudan çıxır və musiqinin ritminə uyğun olaraq pəncələrini hərəkət etdirərək Bedardın yanına getməyə başlayır...

Mənbə: “Lenta dnya” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru