Britni Spirs yadplanetliləri gördüyünü iddia edir

27-10-2023, 10:26           
Britni Spirs yadplanetliləri gördüyünü iddia edir
Müğənni Britni Spirs “The Woman in Me” adlı yeni memuarında yadplanetlilərlə görüşdüyünü iddia edib.

Spirs Castin Timberleykdən ayrıldıqdan sonra rəfiqəsi ilə Arizona səhrasında səyahət edərkən fövqəltəbii hadisə yaşadığını etiraf edib. 41 yaşlı ulduz bildirib ki, münasibətinin bitməsi səbəbindən özünü lənətlənmiş kimi hiss edirmiş. Rəfiqəsi isə Timberleykin ən yaxın dostundan yenicə ayrılıbmış. Odur ki, onlar bir yerdə səyahətə çıxıblar.

Spirsin dediyinə görə, onlar ulduzlu səma altında küləkli havada üstü açıq avtomobillə hərəkət edərkən kiminsə varlığını hiss ediblər.

“Məni qəribə bir hiss bürüdü. Bu, mütləq gözəllik idi, qeyri-təbii, insanı tərk-silah edən bir şey idi”, - deyə Britni yazıb. O, əlavə edib ki, dostundan yadplanetlilərə inanıb-inanmadığını soruşmağa utanıb. Rəfiqələr uzun müddət susublar.
“Həmin anda biz başa düşdük ki, gördüklərimizdən daha çox şeylər var”, - deyə o yekunlaşdırıb.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru