Məşhur model Cici Hadid ailə qurur – FOTO

12-01-2024, 18:34           
Məşhur model Cici Hadid ailə qurur – FOTO
Bir müddətdir tanınmış aktyor Bredli Kuperlə sevgili olan dünyaca məşhur model Cici Hadid ailə qurur.

Qeyd olunur ki, cütlük münasibətlərini ciddiləşdirmək qərarına gəlib.

Belə ki, “Snayper”, “Limitsiz” və “Trickster” filmləri ilə tanınan Bredli Kuper sevgilisi ilə anası Qloriya Kampanonu bir araya gətirib. Onların Santa Monikadakı bir restoranda nahar etməsi cütlüyün münasibətlərinin ciddiliyi ilə bağlı fikirləri təsdiqləyib.

Qeyd edək ki, Cici Hadid daha əvvəl uzun müddət müğənni Zeyn Maliklə sevgili olub. Belə ki, onların bu münasibətdən 2021-ci ildə bir qızları dünyaya gəlib. 28 yaşlı model daha sonra isə Leonardo Di Kaprio ilə birlikdə idi.
Bredli Kuperin isə model İrina Şeyklə münasibətindən 6 yaşlı Lia De Seyn adlı bir qızı var. Cütlük ayrılsa da, tez-tez görüşür və tətilə çıxırlar.






Mənbə: time.news












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru