"... sonunda uşağımız da olur" - Nadir Qafarzadə müzakirələrə səbəb olan videosundan danışdı
12-01-2024, 17:45
“Bu, bir klipin piarı idi, o da alındı. “Həyat yoldaşım” adlı mahnım var. Öz evimdə həmin mahnıya klip çəkdik. “İnstagram”da paylaşdığım görüntülər də elə öz evimdədir. Fikirləşdim ki, həyat yoldaşı rolunu oynayıramsa, o obrazı yaşamalıyam. Bəzi insanların gündəlik getdiyi yerlər var, “kiminsə” yanına gedirlər... Axı bu, o deyil. Səmimi, müasir kişinin öz həyat yoldaşına göstərdiyi diqqəti təbliğ etmək istədik. Allahın izni ilə, klipdə görəcəklər”.
Bu sözləri Pravda.az-a açıqlamasında müğənni Nadir Qafarzadə “İnstagram”da “tanış olun, yeni həyat yoldaşımdır” başlıqlı videosuna görə tənqid olunmasından danışarkən deyib.
N.Qafarzadə həmin görüntlərin öz xanımına hörmətsizlik kimi dəyərləndirilməsinə isə belə cavab verib:
“Mən artistəm, obrazı yaşamalı idim. Artistəmsə, artistlik etməliyəm. Bu, məndə alınıbsa, nə xoş mənə. Deməli, peşəkar artistəm. Qoy rejissorlar dəvət etsinlər, məni filmə çəksinlər, bu “talant” itməsin. Həyat yoldaşım mənimlə evlənəndə bilirdi ki, o, artistə ərə gedir. Bu gün aktyorlarımız cürbəcür rollar oynayırlar, qadınlı-kişili. Belə çıxır ki, onlar gündə boşanmalıdırlar? Ya da kiminləsə klipə çəkilirlərsə, onunla evlənməlidirlər? Bu, mənim işimdir. Başqa nə etməliyəm ki? İnsanlar bu qədərmi geridə qalıblar, bəzilərinin qafaları bu qədər inkişaf etməyib ki, düşünsünlər, bu kişinin işi budur. Mən sabah dilənçi rolunda da oynaya bilərəm, tarixi obraz da yarada bilərəm. Bunu da bacarsam, nə xoş mənə. Klipin sonunda uşağımız da olur. Ərsəyə gələndə görəcəklər. “İnstagram”da körpə uşaqla paylaşdığım foto da klipdəndir. Bu həm də gənc ailələrə müsbət ismarıcdır ki, baxın, ailə belə olar. Bir-birinizi sevin, mehriban olun”.