Müğənni ikili vətəndaşlığa görə problemlər yaşaya bilər - FOTO

13-01-2024, 00:10           
Müğənni ikili vətəndaşlığa görə problemlər yaşaya bilər - FOTO
Müğənni Lolita İsrail pasportuna görə 200 min cərimə ilə üzləşə bilər
Müğənni Lolitanın İsrail pasportuna görə ətrafında yeni qalmaqal yarana bilər.

Bildirilir ki, tanınmış ictimai fəal Vitali Borodin prokurorluğa müraciət edərək Lolita Milyavskayanın bu faktı gizlətdiyinə görə 200 min rubl cərimə olunacağını iddia edib.

Borodin prokurorluğa müğənninin hazırda iki vətəndaşlığının olduğunu xatırladıb və qanunla nəzərdə tutulmuş ikinci vətəndaşlığın olması barədə Daxili İşlər Nazirliyinə məlumat verib-vermədiyini yoxlamağı tələb edir. Lolita bu faktı heç vaxt gizlətməyib. O, bu ölkəyə sürgün edilən atasının ölümündən sonra on beş yaşında İsrail pasportu alıb.

Borodin yoxlama aparmaqda israr edir və qanuna uyğunluq təsdiqlənməsə, sənətçini Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etməyi təklif edir ki, bu da 200 min rubl cərimə ilə nəticələnə bilər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.