Tom Kruz “Top Qan 3” filminə çəkiləcək

13-01-2024, 15:43           
Tom Kruz “Top Qan 3” filminə çəkiləcək
“Paramount” studiyası “Top Qan 3” filmi üzərində işlərə başlayıb.

Məlumata görə, filmdə baş rolda məşhur ABŞ aktyoru Tom Kruz oynayacaq. Maylz Teller və Qlen Pauellin də rol aldığı filmin ssenari müəllifi Eren Krüger, prodüserləri Cerri Brukhaymer və Devid Elissondur.

Qeyd edək ki, sadəcə “Top Qan” adlanan birinci film 1986-cı ildə çəkilib. 2022-ci ildə ekranlara qayıdan “Top Qan: Maverik” döyüş filmi isə ABŞ-də ən çox gəlir gətirən ilk on film arasında yer alıb. ABŞ-də film 701 milyon dollardan çox gəlir əldə edib.
Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru