Aktyorun ölümü ilə bağlı araşdırma tələb olunur

13-01-2024, 15:28           
Aktyorun ölümü ilə bağlı araşdırma tələb olunur
“Parazit” və “Qardalan” filmlərinin yaradıcısı Bonq Joon Ho Cənubi Koreyanın daha 2000 mədəniyyət xadimi ilə birlikdə aktyor Li Son Gyunun ölümünün araşdırılmasını tələb edib.

TEREF axşam.az-a istinadən xəbər verir ki, mədəniyyət xadimləri arasında həmrəylik birliyi yaradan kino sənayesi işçiləri bəyanat yayaraq 48 yaşlı sənətçinin ölümünün səbəblərinə aydınlıq gətirilməsini istəyiblər.

Qeyd edək ki, Li Son Seulun mərkəzi parkında avtomobildə ölü tapılıb. Bəzi versiyalara görə, ölümün səbəbi intihar olub. Aktyorun həyat yoldaşı evdə intihar məktubu da tapıb.

Xatırladaq ki, aktyor daha əvvəl narkotikdən isitfadə etməsi şübhəsi ilə polisdə dindirilib. Li Sonq testlərdən keçib və nəticələr mənfi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru