Alen Delonun övladları aktyoru öldürməyə cəhddə ittiham olunublar - TƏFƏRRÜAT/FOTO

15-01-2024, 15:08           
Alen Delonun övladları aktyoru öldürməyə cəhddə ittiham olunublar - TƏFƏRRÜAT/FOTO
Fransız aktyor Alen Delonun övladları atalarını qəsdən öldürməyə cəhddə ittiham olunublar.

Bununla bağlı özünü fransız kino ulduzunun keçmiş yoldaşı adlandıran Hiromi Rollin prokurorluğa açıqlama verib.

Rollinin dediyinə görə, o, Delonla birlikdə yaşadığı zaman İsveçrə həkimlərinin müşahidəsi sayəsində aktyorun vəziyyəti stabil olub. Qadın prokurorluğa ünvanlandığı məktubda qeyd edib ki, o, sənətçinin evini tərk etmək məcburiyyətində qaldıqdan sonra aktyor həkimlə planlaşdırılan bir neçə görüşü buraxıb.

Rollin Delonun uşaqlarını atalarının müalicəsini dayandırmaqda günahlandırıb. Sübut kimi o, Delon qardaşları ilə onların bacısı Anuşka arasında yazışmaları da göstərib. Bu yazışmalarda aktyorun oğlu Entoni atasının kimyaterapiyasını dayandırmağı təklif edib, belə müalicənin yalnız qaçılmaz olan ölümün yaxınlaşmasını sürətləndirdiyini düşünərək, onun əvəzinə şirəçəkən alıb ona şirələr verməyi təklif edib. Rollinin vəkili onun adından yazdığı məktubda, Delonun uşaqlarının bu cür hərəkətlərinin qətlə cəhd kimi qiymətləndirilə biləcəyini qeyd edib.



Mənbə: “Le Figaro” qəzeti (Fransa)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru