Sindi Kroufordun qızı moda jurnalı üçün şəffaf korsetdə şəkil çəkdirdi - FOTO

17-01-2024, 13:14           
Sindi Kroufordun qızı moda jurnalı üçün şəffaf korsetdə şəkil çəkdirdi - FOTO
ABŞ-li supermodel Sindi Kroufordun qızı Kaya Gerber “Elle” moda jurnalı üçün açıq-saçıq obrazda çəkilib.

Müvafiq fotoşəkillər nəşrin “Instagram” hesabında paylaşılıb.

Paylaşılan fotoda 22 yaşlı model boz gödəkçə və hündür beli olan cins şalvarda poza verib. Fotodan görünür ki, gödəkçənin altında tor parça ilə bəzədilmiş qara şəffaf korset var.

Gerber, həmçinin dəri gödəkçə və mavi cins şalvardan ibarət paltar dəsti ilə də şəkil çəkdirib. Eyni zamanda, o bu obrazını qara gün eynəyi və lüks “Celine” brendindən kiçik çanta ilə tamamlayıb.





Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru