Britni Spirsin memuarı Castin Timberleykin evliliyini yıxdı - FOTO

17-01-2024, 15:14           
Britni Spirsin memuarı Castin Timberleykin evliliyini yıxdı - FOTO
ABŞ-li müğənni Britni Spirsin “İçimdəki qadın” kitabı 2023-cü ilin oktyabrında dərc olunduğu andan şokedici açıqlamaları ilə gündəmə çevrilib. İndi məlum olub ki, bu xatirələr həmkarı Castin Timberleykin evliliyində problemlər yaradıb.

Belə ki, Spirs kitabında 19 yaşında olarkən həmin vaxtlar münasibətdə olduğu Timberleykdən hamilə qaldığını yazıb. İfaçının sözlərinə görə, Castin onu aborta məcbur edib, bir müddət sonra isə onu, ümumiyyətlə, tərk edib.

Müğənni abortdan əlavə, Castinin ona xəyanət etdiyini də bildirib.

Memuar yeni nəşr olunan vaxt Timberleykin həyat yoldaşı Cessika Bilin ərinin keçmişindən dəhşətə gəldiyinə dair şayiələr yayılıb. Bu gün isə məlum olub ki, 12 il əvvəl ailə quran ulduz cütlük boşanma ərəfəsindədir.
Bəzi məlumatlara görə, Timberleyk və Bil artıq birlikdə yaşadıqları evlərini satışa çıxarıblar. Bundan əlavə, hazırda maliyyə məsələlərini həll edirlər.




KP.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru